• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Messi yeni klubunda ilk titulunu qazanıb

İDMAN

20 Avqust 2023 | 09:32 | Müəllif: Subhan Mahmudov

Messi yeni klubunda ilk titulunu qazanıb

Argentinalı hücumçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunun heyətində ilk titulunu qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Florida təmsilçisi Liqa Kubokunun finalında “Neşvill”i penaltilər seriyasında yenərək turnirin qalibi olub.

Əsas vaxtda Lionel Messinin qoluna “Neşvill” Faf Pikonun dəqiq zərbəsi ilə cavab verib. Penaltilər seriyasında isə mayamililər daha dəqiq olub - 10:9.

2018-ci ildə əsası qoyulan “İnter Mayami” üçün bu, klubun tarixində ilk tituldur. Messinin klubda keçirdiyi 7 oyunda 10 qolu var. Onun üçün bu kubok karyerasında 44-cü tituldur. Beləliklə, 36 yaşlı argentinalı tarixin ən titullu futbolçusu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026