• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Musa Qurbanlı sabah komandasında debüt edə bilər

İDMAN

21 Iyul 2023 | 17:06

Musa Qurbanlı sabah komandasında debüt edə bilər

“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin “Yurqarden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “aftonbladet.se” saytına müsahibəsində deyib.

Yay fasiləsində “Qarabağ”dan ayrılaraq Stokholm klubuna keçən 21 yaşlı hücumçu kollektivə artıq uyğunlaşdığını bildirib: “Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”.

Azərbaycan millisinin üzvü “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən məmnunluq ifadə edib. Futbolçu bu sevginin ona əlavə güc qatdığını söyləyib: “Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.

Qeyd edək ki, Musa Qurbanlının iyulun 22-də İsveç Allsvenskanının XVI turunda “Elfsborq”la görüşündə “Yurqarden”in heyətində debüt etməsi gözlənilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026