• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

İDMAN

20 Iyul 2023 | 23:27 | Müəllif: Subhan Mahmudov

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, "ağ-qaralar" bu raundda Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi "Minsk"i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda "Azersun Arena"da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026