• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avropa Oyunları: İlk gün hansı yarışlar olacaq?

İDMAN

22 Iyun 2023 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

Avropa Oyunları: İlk gün hansı yarışlar olacaq?

Bu gün Krakov-2023 III Avropa Oyunlarında 11 idman növü üzrə yarışlar baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci günündə ilk medallar da sahibini tapacaq.

    7 növ üzrə 21 dəst mükafatın sahibi bəlli olacaq. Atletika, padel, basketbol (3x3) növlərində yarışlar davam edəcək. Öncəki günlərdə start götürən çimərlik həndbolu, sinxron üzgüçülük, kanoe-spirint, velosipedin BMX növündə mükafatçılar da bilinəcək.

    Dörd növdə yarışlar başlayacaq. Karate, atıcılıq, suyatullanma və qayayadırmanmada ilk gündə də bəzi medalçılar müəyyənləşəcək.

    Azərbaycan yığması bu növlərdən üçündə təmsil olunacaq. Atletika millimiz çıxışını başa vuracaqsa, karateçilərimiz və atıcılar yarışa qatılacaq. Atletlərimiz Krakovda ilk medallarını qazanmaq üçün mübarizə aparacaq.

    Atletika
    12:05. Qadınlar, 200 m
    İlahə Quliyeva, Lamiyə Vəliyeva

    12:25. Kişilər, 200 m
    Əlhəm Nağıyev

    12:28. Kişilər, nüvə itələmə
    İsmayıl Əliyev

    12:55. Qadınlar, uzunluğa tullanma
    Fəxriyyə Tağızadə

    13:40. Kişilər, 5000 m
    Elman Abışov

    14:20. Qadınlar, 1500 m
    Anna Yusupova

    14:42. Qarışıq estafet, 4x400 m
    Azərbaycan yığması

    Karate
    11:00. Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)
    Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)

    Atıcılıq
    13:15. Kişilər, tapança, 10 m
    Ruslan Lunyov
    15:15. Qadınlar, tapança, 10 m
    Nigar Nəsirova, Nəzrin Abbaslı


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026