• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Sabah”ın Konfrans Liqasında daha bir potensial rəqibi MƏLUM OLDU

İDMAN

23 May 2023 | 09:11

“Sabah”ın Konfrans Liqasında daha bir potensial rəqibi MƏLUM OLDU

“Sabah”ın və Azərbaycanın UEFA Konfrans Liqasındakı üçüncü təmsilçisinin (“Qəbələ” və ya “Zirə”nin) daha bir potensial rəqibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, səpələnməmişlər siyahısında yer alan Premyer Liqa təmsilçilərinin II təsnifat mərhələsində mümkün rəqibləri sırasına Xorvatiya təmsilçisi “Osiyek” də qoşulub.

Ölkə çempionatında minimum dördüncülüyü təmin edən “Osiyek” aktivindəki 8.000 reytinq xalı sayəsində səpələnmişlər olan zonaya düşüb. Bununla da Azərbaycan klublarının II raunddakı potensial rəqiblərinin sayı 17-yə çatıb.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

“Şkupi” (Şimali Makedoniya)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Drita” (Kosovo)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

“Proqres” (Lüksemburq)

Səpələnməmişlər:

“Vikinqur” (Reykyavik, İslandiya)

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“Dinamo” (Batumi, Gürcüstan)

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Gent” (Belçika)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

Qeyri-müəyyənlər:

“Aris” (Saloniki, Yunanıstan)

“Voyvodina” (Serbiya)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026