• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ” bu komandalardan biri ilə qarşılaşacaq

İDMAN

21 Iyun 2023 | 14:46

“Qarabağ” bu komandalardan biri ilə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bilinib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün baş tutan püşkatma mərasimində Ağdam təmsilçisinə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi rəqib olub. Ancaq bunun üçün Qurban Qurbanovun yetirmələri əvvəlcə Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdırmalıdır.

“Linkoln” – “Qarabağ” cütünün qalibi II raundda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026