“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib.
Tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.
Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. /Qafqazinfo
















