UEFA İcraiyyə Komitəsi Belarus millisini Avropa çempionatının seçmə mərhələsində iştirakdan kənarlaşdıra bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.
Bildirilib ki, aprelin 4-də UEFA İcraiyyə Komitəsi keçiriləcək və Belarus millisinin 2024-cü il Avropa çempionatının seçmə turnirindən kənarlaşdırılması məsələsinə baxılacaq. Belə bir xahişlə UEFA prezidenti Avropa Parlamentinin deputatlarına müraciət edib.
AVRO 2024-ün seçmə mərhələsinin ilk mərhələsində Belarus millisi İsveçrə millisi ilə qarşılaşacaq. Qarşılaşma Serbiyada, Novi Sad şəhərindəki Karadjorde stadionunda keçiriləcək.

jpg-1679686610.jpg)













