• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Qarabağ-2”nin futbolçusunun məşqdə ürəyi dayandı

İDMAN

22 Aprel 2023 | 16:14

“Qarabağ-2”nin futbolçusunun məşqdə ürəyi dayandı

“Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadə ürəyi dayanıb.

Bakıvaxtı.az Apasport-a istinadən xəbər verir ki,  bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb:

“Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı "check-up" müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də, o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.

Komanda rəsmisinin sözlərinə görə, hazırda futbolçunun vəziyyəti nisbətən stabilləşib:

“Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026