• Bakı 24° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

"Liverpul" tarixinin ən bahalı transferini edə bilər

İDMAN

22 May 2023 | 09:06

"Liverpul" tarixinin ən bahalı transferini edə bilər

"Brayton" futbol klubunun yarımmüdafiəçisi Aleksis Mak Allister yay transfer pəncərəsində "Liverpul"a keçəcək.

Bakıvaxtı.az "TyC Sports"a istinadən xəbər verir ki, "mersisaydlılar" artıq "Brayton"un yarımmüdafiəçisinin transferi ilə bağlı razılaşıb və o, gələn mövsüm Premyer Liqada klubunu dəyişəcək. Argentinalı ilə uzunmüddətli müqavilə imzalanacaq.

“Brayton” oyunçunun transferi üçün təxminən 70 milyon funt sterlinq alacaq. Yarımmüdafiəçinin keçidi “Liverpul”un tarixindəki ən bahalı transferlərdən biri olacaq.

Qeyd edək ki, "Liverpul"un tarixində ən bahalı transfer 84,65 milyon avroya "Sauthempton"dan Vircila van Deykin keçididir.

Mak Allister cari mövsümdə bütün yarışlarda “Brayton”un heyətində 37 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2025-ci il iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” onlayn portalının məlumatına görə, oyunçunun təxmini qiyməti 42 milyon avrodur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026