• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avro 2024: Seçmə mərhələsi dayandırıldı - SƏBƏB

İDMAN

21 Iyun 2023 | 00:24 | Müəllif: Qalib İbrahimoğlu

Avro 2024: Seçmə mərhələsi dayandırıldı - SƏBƏB

Futbol üzrə Avropa çempionatının seçmə turnirinin Şotlandiya və Gürcüstan milli komandaları arasında keçirilən oyunu güclü yağış səbəbindən dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Şotlandiya komandasının mətbuat xidməti məlumat yayıb.

Qlazqoda keçirilən görüş 10-cu dəqiqədə 1:0 hesabı ilə Şotlandiya komandasının xeyrinə olarkən dayandırılıb. Bildirilib ki, matçda fasilə zamanı meydança təmizlənəcək və bundan sonra oyun davam etdiriləcək.

Qeyd edək ki, komandalar A qrupunda yer alıb. Şotlandiya 3 oyundan 9 xalla birinci yerdədir. Gürcüstan komandası 2 oyundan sonra 4 xalla ikinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026