İtaliyanın “Tuttosport” nəşri ən yaxşı gənc oyunçu üçün nəzərdə tutulan “Golden Boy” (“Qızıl Oğlan”) mükafatına namizədləri açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, siyahıda “Fənərbağça”nın və Türkiyə millisinin üvzü Arda Güler də var. 18 yaşlı istedadlı futbolçu 100 nəfərlik siyahının 78-ci pilləsində yer alıb.
Reytinq favoriti “Bavariya”nın və Almaniya millisinin futbolçusu Camal Musialadır. 2-ci pillədə bir neçə gün əvvəl “Dortmund “Borussiya”sını “Real Madrid”ə dəyişən ingiltərəli Cud Bellinqem, 3-cü sırada Qavi qərarlaşıb. “Barselona” və İspaniya millisinin yarımmüdafiəçisi Qavi mükafatın son sahibidir.
















