• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Cüdoçularımız Avropa Kuboku turnirində 3 medal qazandı

İDMAN

21 May 2023 | 23:03 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Avropa Kuboku turnirində 3 medal qazandı

Azərbaycan cüdoçuları mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.

Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR