• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Qarabağ”ın ÇL-də daha 4 mümkün rəqibi müəyyənləşdi

İDMAN

22 May 2023 | 09:50

“Qarabağ”ın ÇL-də daha 4 mümkün rəqibi müəyyənləşdi

Qarabağ"ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində daha 4 potensial rəqibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionunun mümkün rəqibləri sırasına "Linkoln" (Cəbəllütariq), "Aris" (Limassol, Kipr), "Farul" (Rumıniya) və "Ballkani" (Kaosovo) də qoşulub.

Səpələnməmişlərin səbətində yer alacaq komandalardan yalnız ilkin mərhələnin qalibi, Albaniya və Ermənistan çempionu məlum deyil.

Öz ölkələrində çempionluğu rəsmiləşdirən "Şerif" (Moldova), "Makkabi" (Hayfa, İsrail) və "Zrinski" (Bosniya və Herseqovina) isə səpələnmişlərə düşdüklərindən, ağdamlılarla qarşılaşmayacaqlar.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də olacaq. Raundun oyunları isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

"Breydablik" (İslandiya)

Monteneqro çempionu

Səpələnməmişlər:

"Tre Penne" (San-Marino)

"Atletik Ekaldes" (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

"Ferentsvaroş" (Macarıstan)

"Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya)

"Şerif" (Moldova)

BATE (Belarus)

"Astana" (Qazaxıstan)

"Makkabi" (Hayfa, İsrail)

"Jalgiris" (Litva)

HIK (Finlandiya)

"Flora" (Estoniya)

"Şemrok Rovers" (İrlandiya)

TNS (Uels)

"Olimpiya" (Sloveniya)

"Zrinski" (Bosniya və Herseqovina)

Səpələnməmişlər:

"Linkoln" (Cəbəllütariq)

"Klaksvik" (Farer adaları)

"Dinamo" (Tbilisi, Gürcüstan)

"Rakuv" (Polşa)

"Aris" (Limassol, Kipr)

"Haken" (İsveç)

"Farul" (Rumıniya)

"Valmieras" (Latviya)

"Ballkani" (Kosovo)

"Larne" (Şimali İrlandiya)

"Hamrun" (Malta)

"Hesperange" (Lüksemburq)

"Struqa" (Şimali Makedoniya)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026