• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Marsel Sabitser: "Azərbaycan millisinin də güclü tərəfləri var"

İDMAN

25 Mart 2023 | 09:42

Marsel Sabitser: "Azərbaycan millisinin də güclü tərəfləri var"

"İlk dəqiqələrdən mübarizə apardıq. Rəqibin də güclü tərəfləri var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Marsel Sabitser evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldığını bildirib: "Görüşün əvvəlləri istədiyimiz kimi alınmasa da, sonrada öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qalibiyyətlə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026