• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Murad Musayevin cəzası AÇIQLANDI

İDMAN

23 Fevral 2023 | 16:46

Murad Musayevin cəzası AÇIQLANDI

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası müəyyənləşib.

Bakıvaxtı.az  xəbər verir ki, AFFA İntizam Komitəsi rusiyalı mütəxəssisə 2 oyunluq diskvalifikasiya verib.

Buna səbəb Musayevin Premyer Liqanın XXIII turunda “Turan Tovuz”la matçda texniki zona qaydalarını pozaraq hakimə etiraz etməsi olub. Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada mütəxəssisin qırmızı vərəqə alması “Sabah”ı 1600 manat ziyana salıb.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılması ucbatından bakılılar daha 1600 manat cərimələniblər.

“Turan Tovuz” isə 4 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəməli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026