• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycan derbisində rekord

İDMAN

03 Oktyabr 2022 | 10:47

Azərbaycan derbisində rekord

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.

Bu, Misli Premyer Liqasının VIII turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan “Qarabağ” ardıcıl 5-ci dəfə “Neftçi”ni xalsız qoyub.

Qurban Qurbanovun yetirmələri ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR