• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Neftçi” Avropa nəhəngləri ilə üz-üzə

İDMAN

02 Noyabr 2022 | 10:07

“Neftçi” Avropa nəhəngləri ilə üz-üzə

“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.

“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq.

Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşehir”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026