• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB

İDMAN

02 Dekabr 2022 | 01:06 | Müəllif: Subhan Mahmudov

Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB

Yaponiya və İspaniya yığmaları dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, iki komanda E qrupunun son turunda üz-üzə gəlib.

Qarşılaşma Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olublar. 4 xalı olan Avropa komandası isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

 

***

00:20

 

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1.

 

***

00:06

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

 

***

23:18

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 12-ci dəqiqədə Avropa təmsilçisindən Alvaro Morata hesabı açıb.

 

***

23:05

Dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki , qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Yaponiya və İspaniya yığmalarının start heyətləri aşağıdakı kimidir:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, Niko Uilyams


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026