• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

FIFA-dan Pele ilə bağlı qərar

İDMAN

30 Dekabr 2022 | 22:29 | Müəllif: Subhan Mahmudov

FIFA-dan Pele ilə bağlı qərar

Beynəlxalq Futbol Federasiyası (FIFA) gələn həftənin sonuna qədər bütün matçların üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamağı xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FIFA federasiyaya daxil olan bütün 211 milli assosiasiyaya müraciətində bildirib.

"FIFA bütün yarış təşkilatçılarını gələn həftəsonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır", - deyə qeyd olunub.

İngiltərə Premyer Liqası bildirib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları "Futbol Kralı"nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq və bütün oyunçular meydana qara sarğılarla daxil olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026