• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq

İDMAN

02 Dekabr 2022 | 08:53 | Müəllif: Qalib İbrahimoğlu

DÇ-2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə  Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

H qrupunda minimum vəzifənin öhdəsindən gələn Portuqaliya  Cənubi Koreya ilə, Qana və Uruqvayla üz-üzə gələcək. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.

DÇ-2022

Qrup mərhələsi, III tur

2 dekabr

G qrupu

23:00. Kamerun - Braziliya

23:00. Serbiya - İsveçrə

Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.

H qrupu

19:00. Qana - Uruqvay

19:00. Cənubi Koreya - Portuqaliya

Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026