• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mərakeşli hücumçu "Qarabağ"la oyunları buraxacaq

İDMAN

03 Oktyabr 2022 | 15:14

Mərakeşli hücumçu "Qarabağ"la oyunları buraxacaq

Yunanıstan "Olimpiakos"unun futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Bakıvaxtı.az  "Alphanews"a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.

Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı forvard ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026