• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya çempionatının gümüş medalçısı qətlə yetirildi

İDMAN

04 Sentyabr 2022 | 12:49

Dünya çempionatının gümüş medalçısı qətlə yetirildi

Baham adalarından olan atlet Şaves Hart qətlə yetirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Şimali Abako adasında gecə klubunun parklama sahəsində baş verib. Gecə vaxtı küçə münaqişəsi nəticəsində dava iştirakçılarından biri idmançının sinəsinə tapança atəş açıb.

Hadisə yerinə gələn həkimlər onun güllə yarasından öldüyünü bildiriblər. Qətlə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, Şaves Hart 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sprinter məsafəsinə qaçış üzrə iştirakçısı və dünya çempionatında 4X400 metr məsafəyə estafetdə gümüş mükafatçı olub. Sentyabrın 6-da onun 30 yaşı tamamlanacaqdı.


Dünya çempionatının gümüş medalçısı qətlə yetirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR