• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Millimizin baş məşqçisi bu komanda ilə müqavilə imzaladı

İDMAN

04 Oktyabr 2022 | 11:13

Millimizin baş məşqçisi bu komanda ilə müqavilə imzaladı

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisi özünə yeni iş yeri tapıb.

Bakıvaxtı.az xəbər verir ki, yığmamızda köməkçi-məşqçi funksiyasını yerinə yetirən Fabio Qallo ölkəsinə birdəfəlik qayıdıb.

52 yaşlı mütəxəssis İtaliya C seriyasında çıxış edən “Fodja”nın sükanı arxasına keçib. Rəhbərliklə aparılan danışıqlardan sonra Fabio Qallo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Canni de Byazi və köməkçilərinin AFFA ilə müqaviləsi oktyabrın 1-də başa çatıb. İtaliyalı çalışdırıcı ilə bağlı qərar bu gün keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq. /Apasport


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026