• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

55 yaşlı futbolçu vurduğu qolla dillərə düşdü - VİDEO

İDMAN

02 Noyabr 2022 | 19:39 | Müəllif: Subhan Mahmudov

55 yaşlı futbolçu vurduğu qolla dillərə düşdü - VİDEO

Futbol üzrə Yaponiya milli komandasının sabiq hücumçusu, 55 yaşının olmasına baxmayaraq, hələ də peşəkar karyerasını davam etdirən Kazuyoşi Miura növbəti dəfə adından söz etdirib.

O, Yaponiya çempionatının dördüncü divizionunda penaltidən fərqlənib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Miura vurduğu qoldan sonra qələbə sevincini özünəməxsus şəkildə qeyd edib.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Kazuyoşi Miura Yaponiya millisindən əlavə, İtaliyanın "Genoa", Xorvatiyanın "Dinamo" (Zaqreb), Braziliyanın "Santos" kimi məşhur klublarında çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR