• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İsmayıllı sakinindən narkotik götürüldü

HADİSƏ

15 Fevral 2022 | 16:40

İsmayıllı sakinindən narkotik götürüldü

İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyuvobun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026