İspaniya Kral Futbol Federasiyası ölkədəki daşqın səbəbindən ötən həftə təxirə salınan oyunları yenidən təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Belə ki, oktyabrın 30-da keçirilməli olan "Parla Eskuela" - "Valensiya" və "Pontevedra" - "Levante" görüşləri 6 və 7 noyabra təxirə salınmışdı. Lakin bu matçların vaxtı yenidən dəyişdirilib. "Parla Eskuela" - "Valensiya" oyunu 26 noyabrda təşkil olunacaq.
Həmçinin “Manises” - “Xetafe” qarşılaşması da 26 noyabrda keçiriləcək. "Egea" -"Herkules" oyunu 14 noyabrda, "Pontevendra" - "Levante" görüşü isə 19 noyabrda keçiriləcək.
"Jove" - "Real Sosyedad" matçının tarixi isə daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib.