• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İspaniya Ukraynaya 1 milyard avroluq hərbi yardım verəcək

DÜNYA

28 May 2024 | 15:46

İspaniya Ukraynaya 1 milyard avroluq hərbi yardım verəcək

Saziş çərçivəsində hərbi yardım kəşfiyyat, təlim, minalardan təmizləmə, yenidənqurma və humanitar yardım kimi sahələri əhatə edəcək.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes açıqlama verib.

O, razılaşmanın dəqiq təfərrüatları açıqlamasa da, bu il veriləcək hərbi yardımın Ukraynaya öz imkanlarını, o cümlədən hava hücumundan müdafiəsini prioritetləşdirməyə imkan verəcəyini bildirib.

"İkitərəfli razılaşma Rusiyanın Ukraynanın şimal-şərqindəki Xarkov şəhərində 18 nəfərin ölümünə səbəb olan hücumundan iki gün sonra razılaşdırılıb. Bu müqavilə Xarkovda hücumlara məruz qalan mülki əhalini və şəhərin infrastrukturunu qorumaq üçün əsas hava hücumundan müdafiə sistemlərini artırmağa şərait yaradacaq". - deyə Sançes qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024