• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

BMT-dən Sudan çağırışı: "Buna son qoyulmalıdır"

DÜNYA

27 Iyun 2024 | 15:32

BMT-dən Sudan çağırışı: Buna son qoyulmalıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri vətəndaş müharibəsinin getdiyi Sudanda aclığın silah kimi istifadəsinə son qoymağa çağırıblar.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı BMT məruzəçiləri və Sudan Çevik Dəstək Qüvvələri (HDK) birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Sudanda yaşayan və müharibəyə görə qonşu ölkələrə qaçan 25 milyon insan aclıq yaşayır və onların  humanitar yardıma ehtiyacı var.

"Sudanda aclıq və köçkünlük görünməmiş həddə çatıb. Humanitar yardım işçilərinin qəsdən hədəfə alınması yardım əməliyyatlarına mane olur. Sudandakı qarşıdurmada hər iki tərəfə maliyyə və hərbi dəstək verən xarici ölkələr aclıq, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərində ortaqdırlar. Tərəflərin humanitar yardımların qarşısının alınmasına, talan edilməsinə və istismarına son qoymalıdır".

Qeyd edək ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin xalq üsyanı ilə devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə HDK arasında hakimiyyət mübarizəsi artıq bir müddətdir davam edir. BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 16 mindən çox insan həyatını itirib, 10 milyondan çox insan didərgin düşüb və 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024