• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İdmançılar Olimpiya kəndini tərk etdilər

DÜNYA

27 Iyul 2024 | 12:56

İdmançılar Olimpiya kəndini tərk etdilər

Cənubi Koreyadan olan üzgüçülər Olimpiya kəndini tərk ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Korea Times" məlumat yayıb.

Məlumata görə, idmançılar avtobuslarda istidən şikayətlənərək, hovuzun yaxınlığındakı oteldə qalmağa üstünlük veriblər.

“Çöldə avtobusdan daha sərindir. Bu saunada olmaq kimidir. Adətən Olimpiya kəndindən hovuza qədər yol 40-45 dəqiqə çəkirsə, bu gün bizə saat yarımdan çox vaxt lazım oldu”, - deyə idmançılar izah ediblər.

Onlar qeyd ediblər ki, pəncərələrin lentlə bağlanması, ehtimal ki, terror hücumlarından qorxulduğu üçündür.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024