"ABŞ haqlı olaraq Rusiya ilə Çin arasında münasibətlərin inkişafından ehtiyatlanır".
Bakvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib.
Onun sözlərinə görə, Rusiya və Çin arasında müxtəlif sahələrdə və platformalarda tərəfdaşlıqlarının artırması Vaşinqtonu ciddi narahat etməkdədir:
"Hələlik hərbi ittifaqımız yoxdur. Lakin Rusiya və Çin ikitərəfli əməkdaşlığı, o cümlədən BRİKS çərçivəsində əməkdaşlığı artıracaqlar".
Gülşən Şərif
















