İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 49-a çatıb.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə əyalət böhranının idarə olunması qərargahının baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.
O, bildirib ki, Partlayış Tehrandan təxminən 540 km cənub-şərqdə yerləşən mədənin tunellərindən birində metan konsentrasiyasının qəfil artması nəticəsində baş verib.
"Dağıntıların təmizlənməsi üzrə işlər sürətləndirilmiş templə aparılır və bir neçə saata başa çatdırılması gözlənilir. Daha sonra qurbanların cəsədlərini çıxarmaq mümkün olacaq", - deyə Axundi qeyd edib.
Gülşən Şərif









jpg-1729835838.webp)






