• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ukraynada son 4 ildə bağlanan məktəblərin sayı açıqlanıb

DÜNYA

25 Oktyabr 2024 | 10:40 | Müəllif: Gülşən Şərif

Ukraynada son 4 ildə bağlanan məktəblərin sayı açıqlanıb

Ukraynada son 4 ildə şagirdlərin sayının azalmasına görə 2114 məktəb bağlanıb. 

Bakıvaxtı.az UNIAN agentliyinə istinadən xəbər verir ki, 2020-2021-ci tədris ilində Ukraynada 14 815 məktəb fəaliyyət göstərib. 

2023-2024-cü tədris ilinə onların cəmi 12 701-i qalıb, məktəblərin sayı 14% azalıb. Məktəblərin sayında ən çox azalma kəndlərdə müşahidə olunub. 

Dünya Ukraynalılar Konqresinin təhsil şurasının rəhbəri Lyubov Lyubçik bildirib ki, 2022-ci ildən bəri bir milyondan çox məktəbli Ukraynanı tərk edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026