• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Con” Meksikada 3 can aldı

DÜNYA

25 Sentyabr 2024 | 11:45 | Müəllif: Qalib İbrahimoğlu

“Con” Meksikada 3 can aldı

Meksikanın cənubunu “Con” qasırğası vurub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, qasırğa sel və torpaq sürüşməsinə səbəb olub. Qasırğanın yaratdığı güclü külək nəticəsində ağaclar aşıb, evlərin damları uçub, elektrik dirəkləri sıradan çıxıb.

Gerrero əyalətinin qubernatoru Evelin Salqado verdiyi açıqlamada, Tlacoachistlahuaca qəsəbəsində 2 nəfərin və Malinaltepecdə bir nəfərin torpaq sürüşməsi nəticəsində öldüyünü bildirib.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Con” qasırğası tropik tufana çevrildikdən sonra onun intensivliyi azalaraq ölkənin daxili ərazilərinə doğru irəliləyib.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026