"Qərb Ukraynanın BMT Nizamnaməsi əsasında Moskva ilə ədalətli danışıqlara getməsinə imkan verməyəcək".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, müstəmləkəçi dövlətlər Afrika, Asiya və Latın Amerikası ölkələrinin xalqlarını təmsil etmədiyi kimi, Ukraynada da dövlət çevrilişi nəticəsində hakimiyyətə gələnlər nə Krımı, nə Donbassı, nə də Novorossiyanı təmsil edirlər:
"Biz Qərbin Ukrayna rəhbərliyini ədalətli danışıqlara getməyə və Xartiyanın prinsiplərini nəzərə almağa məcbur etməyə imkan verməyən səbəbləri görürük. Ərazi bütövlüyündən xeyli əvvəl Xartiyada cinsindən, irqindən, dilindən və dinindən asılı olmayaraq, insan hüquqlarına hörmət edilməsi zərurəti öz əksini tapıb".
Gülşən Şərif











jpg-1729835838.webp)




