• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pezeşkian ilk xarici səfərini bu ölkəyə EDƏCƏK

DÜNYA

26 Avqust 2024 | 12:50

Pezeşkian ilk xarici səfərini bu ölkəyə EDƏCƏK

İran prezidenti Məsud Pezeşkianın ilk xarici dövlət səfərinin təyinatı bu gün açıqlanıb.

Bakıvaxtı.az saytı İran KİV-nə istinadla xəbər verir ki, İraq Pezeşkianın prezident kimi səfər edəcəyi ilk ölkə olacaq.

Xəbərdə deyilir ki, İran prezidenti seçildikdən sonra ilk xarici səfərinin hədəfi kimi İraqı seçib və bu, İranın İraqla əlaqələrinin əhəmiyyətindən xəbər verir.

Mənbələr bildiriblər ki, Pezeşkianın qonşu ölkəyə səfəri iraqlı həmkarı Əbdül Lətif Rəşidin dəvəti ilə olacaq.

İran prezidentinin İraqdan sonra ABŞ-ın Nyu-York şəhərinə - BMT-nin toplantısına səfərinin planlaşdırıldığı da bildirilir.Modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026