• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanıldı

DÜNYA

27 Iyul 2024 | 13:00

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanıldı

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb.

Bakıvaxtı.az Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.

N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir.

"O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə sədaqət andı içib”, - məlumatda deyilir.

Qırğızıstan DMTK və tərəfdaş kəşfiyyat orqanları digər beynəlxalq terror təşkilatlarının iştirakçılarına qarşı araşdırma aparır.

Terror aktının hansı ölkədə həyata keçirilməsinin planlaşdırıldığı isə göstərilmir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024