• Bakı 27° C

    10.81 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

İspaniyalı motosikletçi məşq zamanı aldığı xəsarətlərdən vəfat edib

İDMAN

22 Iyul 2025 | 11:00

İspaniyalı motosikletçi məşq zamanı aldığı xəsarətlərdən vəfat edib

17 yaşlı ispaniyalı motosikletçi Pau Alsina məşq zamanı aldığı xəsarətlərdən vəfat edib.

Bakıvaxtı.az-ın "RMC Sport"a istinadən məlumatına görə, Alsina iyulun 19-da İspaniya trekində məşq edərkən idarəetməni itirib və motosikletin üzərindən uçaraq başıüstə yerə düşüb.

Saraqosada ona təcili tibbi yardım göstərilib və əməliyyat olunub, lakin iki gün sonra vəfat edib.

Alsina Junior GP dünya çempionatında iştirak edib və ümumi hesabda 13-cü yeri tutub. Ayrı-ayrı yarışlarda ən yaxşı nəticəsi Xeresdə səkkizinci yer olub. O, həmçinin İtaliya Moto 3 CIV sinfində çıxış edib və ümumi hesabda dördüncü olub.


SON XƏBƏRLƏR