• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İsrail Husilərə hava hücumları təşkil etdi
 

CƏMİYYƏT

19 Dekabr 2024 | 09:32

İsrail Husilərə hava hücumları təşkil etdi 

İsrail ordusu Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı bir sıra hava hücumları həyata keçirdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat katibi Aviçay Adraei "X" sosial media hesabında paylaşıb.

Bildirib ki, İsrail təyyarələri Yəmənin mərkəzi və qərbindəki sahil bölgələrini bombalaması nəticəsində 9 nəfər ölüb.

Adraei qeyd edib ki, hücumlar Husilərin İsrailə qarşı təşkil etdiyi pilotsuz uçuş aparat (PUA) və ballistik raket hücumlarına cavabdır. O, Husilərin bu gecə Yəməndən təşkil etdiyi raket hücumu səbəbindən milyonlarla İsrail vətəndaşının sığınacaqlara getmək məcburiyyətində qaldığını vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

06 Iyun 2025