İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah” qruplaşmasına növbəti zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, ordunun yaydığı rəsmi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava əməliyyatı nəticəsində “Hizbullah”ın “Bədr” adlı atəş dəstəyi bölməsinin komandirlərindən biri — Hüseyn Əli Məzhar zərərsizləşdirilib.
Məzhar İsrail ərazisinə edilən çoxsaylı raket hücumlarında iştirak edib və “Hizbullah”ın Livanda atəş mövqelərini bərpa etməsində əsas fiqurlardan biri sayılırdı.
İsrail tərəfi əməliyyatı "terror infrastrukturuna qarşı önləyici tədbir" kimi qiymətləndirib.