• Bakı 21° C

    3.72 m/s

İsrail terrorçular üçün ölüm cəzası qanunu qəbul etdi

DÜNYA

26 Fevral 2023 | 22:39 | Müəllif: Subhan Mahmudov

İsrail terrorçular üçün ölüm cəzası qanunu qəbul etdi

İsraildə qanunvericilik üzrə nazirlər komissiyası terrorçular üçün ölüm cəzası haqqında qanun qəbul edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu öz Twitter səhifəsində məlumat verib.

O, terrorçulara qarşı “çəkindirici amil” yaratmaq və dövlətin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik sahəsində fəaliyyətini davam etdirəcəyini vəd edib.

Bu gün Nazirlərin Qanunvericilik Komissiyasında nazir Ben-Qvir ilə birlikdə terrorçular üçün ölüm cəzası haqqında qanun qəbul etdik ”, - deyə baş nazir yazıb .

Qanuna görə ölüm cəzası “qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə səbəb olan”, irqçilik motivləri və ya “müəyyən ictimaiyyətə” nifrətlə hərəkət edən, habelə ölkəyə zərər vurmaq və "Yəhudi xalqını vətənində dirçəlişə" görə müəyyən edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026