• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Türkiyənin 3 müxalifət partiyası Ərdoğanın seçkilərdən uzaqlaşdırılmasını tələb edir

DÜNYA

28 Mart 2023 | 18:58

Türkiyənin 3 müxalifət partiyası Ərdoğanın seçkilərdən uzaqlaşdırılmasını tələb edir

Türkiyənin üç müxalifət partiyası hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən namizədliyinin geri götürülməsini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, müxalifətçilər Türkiyə Ali Seçki Komissiyasına müvafiq müraciət ünvanlayıblar.

Məlumata görə, Ərdoğanın qeydiyyata alınmasını Yaxşı Partiya, Demokratiya və Çıxış Partiyası, Vətən Partiyası tələb edir. Onların hamısı Türkiyə prezidentinin əsas rəqibi Kamal Kılıçdaroğlunu dəstəkləyir.

Müxalifətin fikrincə, hazırkı prezidentin namizədliyinin irəli sürülməsi ölkə Konstitusiyasına ziddir. Onlar iddia edirlər ki, Rəcəb Tayyib Ərdoğanın hazırkı dönəmi ardıcıl ikincidir. Amma Türkiyə hakimiyyəti izah edir ki, 2017-ci ildə keçirilən konstitusiya referendumundan sonra Ərdoğanın prezidentlik müddəti sıfıra endirilib və müxalifətin bütün iddialarının heç bir hüquqi əsası yoxdur.

Türkiyədə prezident seçkiləri mayın 14-nə təyin edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2024