• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya XİN ABŞ səfirliyinə nota verdi

DÜNYA

27 Aprel 2023 | 16:51

Rusiya XİN ABŞ səfirliyinə nota verdi

ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, etiraz notasının təqdim edilməsinə səbəb Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfəri üçün onu müşayiət edən jurnalistlərə vizaların verilməməsi olub.

XİN bəyan edib ki, Rusiya ABŞ-ın rusiyalı jurnalistlərə qarşı hərəkətlərinə qarşı cavab tədbirlərini davam etdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026