• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Akar Türkiyədə PKK-ya üzvlükdən DANIŞDI

DÜNYA

27 May 2023 | 14:19

Akar Türkiyədə PKK-ya üzvlükdən DANIŞDI

“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”.

Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”.

H.Akar bildirib ki, terrorçuları narahat edən əsas məsələlərdən biri Türkiyənin milli müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR