Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) açıqlamasına görə, Los-Ancelesdən Texas ştatının San Antonio şəhərinə yenicə enən Delta Air Lines təyyarəsi mühərriki işləyərkən xidmət üçün yanına gələn işçini udub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, NTSB açıqlamasında hadisə ilə bağlı "məlumat toplamaq prosesində olan" Atlantada yerləşən hava yolu şirkəti ilə "əlaqə saxladığını" bildirib.
Delta Air Lines bildirib: "Ürəyimiz və tam dəstəyimiz bu çətin dövrdə həyatını itirən işçinin ailəsi, dostları və yaxınlarının yanındadır".
San-Antonio yanğınsöndürənləri və polis işçiləri cümə günü axşam saatlarında işçinin ölümünə ilk reaksiya veriblər.
Qeyd edək ki, NTSB o vaxtdan bəri araşdırma aparır və yaxın günlərdə daha çox təfərrüatlı ilkin hesabat dərc edə bilər.
Ay Tac







jpg-1690353114.webp)








