• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan Ermənistana ixracat ARTDI

DÜNYA

26 Iyul 2023 | 11:13

İrandan Ermənistana ixracat ARTDI

İrandan Ermənistana ixracat 38 faiz artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ticarət sənayesi, dağ-mədən evinin inkişafı, beynəlxalq münasibətlər üzrə komitəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi bildirib.

Məlumata görə, İranla Ermənistan arasında bu ilin yazında qeyri-neft sektorunda ticarətin həcmi 335 000 ton, 101 747 000 dollar məbləğində olub.

R.Lətifi qeyd edib ki, ötən il İrandan Ermənistana qeyri-neft sektorunda ixracat 53 faizdən çox olub: “Bu tendensiya 2023-cü ilin yazında 38,4 faiz artaraq ötən ilin birinci rübünə bərabər olub”.

Mətbuat katibi qeyd edib ki, İrandan Ermənistana ixrac olunan məhsulların 22 faizini polad təşkil edib.

Xatırladaq, İranla Ermənistan indiki dövrdə ticarət dövriyyəsinin həcmini bir milyard dollara, bir müddət sonra bu rəqəmi üç milyard dollara çatıdırmaq niyyətindədirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026