• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək

DÜNYA

25 Avqust 2023 | 10:41 | Müəllif: Subhan Mahmudov

F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək

“ABŞ-nin F-16 qırıcıları tezliklə Ukraynaya təhvil veriləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, qırıcılar yaxın gələcəkdə tədarük ediləcək.

M.Milli, həmçinin söyləyib ki, ATACMS uzaqmənzilli taktiki raket komplekslərinin Ukraynaya verilməsi məsələsi hələ də Vaşinqtonda müzakirə olunur: “Bu, mübahisəli mövzudur. Hələ ki, müzakirələr davam edir”.

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Ukraynalı pilotlar təlim keçmək üçün Danimarkaya gediblər.

Daha əvvəl Niderlandın müdafiə naziri Kaysa Ollonqren F-16-ların yaxın gələcəkdə Ukraynaya veriləcəyini söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026