İranın cənubunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 526 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 120 km şimal-qərbdə, yerin 53 km dərinliyində yerləşir.
Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilmir.


jpg-1682600977.jpg)













