• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Ermənistanlı deputat: Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq

DÜNYA

28 Mart 2023 | 20:00

Ermənistanlı deputat: Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq

"Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı öz ölkəsində qalsın".

Bakıvaxtı.az bildirir ki, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından üzvü olan Qaqik Melkonyan Ermənistanın Roma statunu tanıması fonunda Rusiya Prezidentinin İrəvana səfəri zamanı həbs edilməsi ehtimalına toxunarkən deyib.

"Bizə gəldikdə, əgər bu razılaşmanı təsdiqləmişiksə, onda öhdəliyimizi icra etməliyik. Qoy Rusiya Ukrayna ilə problemlərini həll etsin", - o deyib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Putinin İrəvana gəlməsini istəmədiyini də deyib.

"Əgər bu sənədi imzalamışıqsa, yaxşısı o Ermənistana gəlməsin. Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək", iqtidaryönlü deputat deyib./apa


SON XƏBƏRLƏR

18 Mart 2024