• Bakı 27° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

İsrail Yəmən limanına zərbə endirdi

DÜNYA

21 Iyul 2025 | 13:36

İsrail Yəmən limanına zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən və “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətində olan eyniadlı vilayətdəki Yəmənin Hodeyda limanındakı hərbi obyektlərə zərbələr endirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücum olunan hədəflər arasında liman infrastrukturunun bərpasında istifadə olunan mühəndis texnikası, yanacaq konteynerləri, İsrailə qarşı istifadə oluna biləcək hərbi gəmilər və limanın yaxınlığındakı Qırmızı dəniz sularında yerləşən digər gəmilər də olub.

İddia edilib ki, Yəməndəki bu liman İranın göndərdiyi silahların husilərə ötürülməsi və onların İsrailə və onun müttəfiqlərinə qarşı terror aktları törətməsi üçün istifadə olunub.

İsrailin müdafiə naziri İsrael Kaats Hodeydadakı zərbələri şərh edərkən diqqətə çatdırıb ki, əgər Yəmən İsrailə raket hücumlarını davam etdirərsə, bu ölkəni də İranın taleyi gözləyə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR